Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər
Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir
Əgər mən gündəlik fərz namazlarını qılıb, Ramazan orucunu tutub, Allahın halalını halal, haramını haram olaraq etiqad etsəm
Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur
Hansı əməl Allaha daha sevimlidir?". Buyurdu: "Vaxtında qılınan namaz". Dedi: "Sonra hansı?". Buyurdu: "Valideynə yaxşılıq". Dedi: "Sonra hansı?". Buyurdu: "Allah yolunda cihad
Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim
Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın”
Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?
Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir