Danışma və susma ədəbləri

7Hədislərin siyahısı 1Alt kateqoriyalar

Hədislərin siyahısı 7

Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin
Bilirsinizmi qeybət nədir?". Sahabələr: "Allah və Rəsulu ən doğrusunu bilir!" - dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "(Din) qardaşını onun xoşuna gəlmədiyi bir vəsflə xatırlamaqdır
Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir
Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin
Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
Dörd xislət kimdə olarsa o, xalis münafiq olar, kimdə bunlardan bir xislət olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış deməkdir: danışdığı zaman yalan danışar, əhd etdiyi zaman sözündə durmaz, vəd verdiyi zaman ona xilaf çıxar, düşmənçilik etdiyi zaman da ədalətsiz olar
“Mömin tənə edən, lənət edən, pis söz danışan və ədəbsiz davranan deyildir”