1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا:
أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الإِسْلاَمِ خَيْرٌ؟ قَالَ: «تُطْعِمُ الطَّعَامَ، وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ».

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir:
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 12

Şərh (izah)

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşuldu: İslamın hansı xüsusiyyəti daha üstündür? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki xüsusiyyəti qeyd etdi:
Birincisi: Sədəqə vermək, hədiyyə etmək, qonaqpərvərlik və ziyafət vermək kimi əməlləri əhatə edən kasıbları yedizdirməyi çoxaltmaq. Aclıq və bahalıq dövründə kasıbları yedizdirməyin fəziləti daha da artır.
İkincisi: Tanıdığın və tanımadığın hər bir müsəlmana salam vermək.

Hədisin faydalarından

  1. Səhabələrin dünya və axirətdə faydalı olan xüsusiyyətləri öyrənməyə olan hərisliyi.
  2. Salam vermək və yemək yedizdirmək fəzilətinə və hər zaman insanların onlara ehtiyac duyduqlarına görə İslamda ən fəzilətli əməllərdəndir.
  3. Ehsan (xeyirxahlıq) bu iki xislətlə söz və əməldə birləşir və bu ehsanın ən kamil formasıdır.
  4. Bu xüsusiyyətlər müsəlmanların öz aralarında necə rəftar etmələri ilə əlaqədardır. Həmçinin qulun öz Rəbbi ilə rəftarında da müəyyən xüsusiyyətlər vardır.
  5. İlk olaraq salam vermək müsəlmanlara xasdır, kafirə isə ilk olaraq salam verilməməlidir.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية