عَنْ سَلَمَةَ بْنِ الْأَكْوَعِ رضي الله عنه:
أَنَّ رَجُلًا أَكَلَ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِشِمَالِهِ، فَقَالَ: «كُلْ بِيَمِينِكَ»، قَالَ: لَا أَسْتَطِيعُ، قَالَ: «لَا اسْتَطَعْتَ»، مَا مَنَعَهُ إِلَّا الْكِبْرُ، قَالَ: فَمَا رَفَعَهَا إِلَى فِيهِ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2021]
المزيــد ...
Sələmə bin Əl-Əkvadən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan.", bunu etməyə onun təkəbbürlüyü mane oldu. Buyurdu ki: Sağ əlini bir daha ağzına apara bilmədi.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2021]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir kişinin sol əli ilə yemək yediyini görüb, ona sağ əli ilə yeməyi əmr etdi. Kişi isə ona yalan olaraq və təkəbbürlük edərək bacarmadığını cavab verdi. Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) ona bəd dua etdi ki, sağ əliylə yeməkdən məhrum olsun. Allah Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) duasına cavab verərək adamın sağ əlini iflic etdi, ona görə də bir daha sağ əlini yemək və ya içmək üçün ağzına qaldıra bilmədi.