1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنَ الْأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبِعَهُ، لَا يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا، وَمَنْ دَعَا إِلَى ضَلَالَةٍ كَانَ عَلَيْهِ مِنَ الْإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ، لَا يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
"Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 2674

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, kim insanları söz və ya əməllə, haqq və xeyir yoluna irşad etsə, yönəltsə və təşviq etsə, mükafatı, ona tabe olan kəslərin mükafatı qədər olacaq və buna görə ona tabe olanların mükafatından heç bir şey azalmayacaq. Kim insanları söz və ya əməllə, batil yola, günah, şərr və ya haram bir işə yönəltsə, ona tabe olanların günahı qədər günah qazanacaq və ona tabe olanların günahlarından da heçnə əksilməyəcək.

Hədisin faydalarından

  1. İstər az olsun, istərsə də çox- doğru yola dəvətin fəziləti və dəvət edənin mükafatı, əməl edənin əldə etdiyi mükafat qədər, eynilə həmin mükafata sahib olması. Bu da Allahın böyük lütfündən və səxavətinin kamilliyindəndir.
  2. Zəlalətə çağırışın istər az, istərsə də çox olması təhlükəlidir və bu yola çağıran da o əməli edən qədər günah qazanar.
  3. Əməlin mükafatı və yaxud cəzası, onun növündəndir, kim xeyirə dəvət edərsə, bu xeyirə əməl edənin mükafatı qədər savab qazanar. Kim isə şərr əməllərə dəvət edərsə, bu əməli törədənin günahı qədər günah qazanar.
  4. Müsəlman, insanların gözü önündə günah işlərdə nümunə olmaqdan çəkinməlidir, çünki onu özünə örnək götürən insanları günaha təşviq etməsə belə onların törətdiyi günahlara görə də günah daşıyır.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
Kateqoriyalar