عَنْ عَبْدِ اللَّهِ بن مسعودٍ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِنَّ مِنْ شِرَارِ النَّاسِ مَنْ تُدْرِكُهُ السَّاعَةُ وَهُمْ أَحْيَاءٌ، وَمَنْ يَتَّخِذُ الْقُبُورَ مَسَاجِدَ».

[حسن] - [رواه أحمد] - [مسند أحمد: 3844]
المزيــد ...

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.

[Həsən] - [Əhməd rəvayət etdi] - [Müsnəd Əhməd - 3844]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ən pis insanlardan - Qiyamətin qopacağı an hələ də həyatda olan kəslərdən, qəbirlər olan yerləri məscid kimi istifadə edənlərdən, qəbirlərin yanında və onlara tərəf namaz qılanlardan xəbər verir.

Hədisin faydalarından

  1. Qəbirlər üzərində məscid tikməyin haramlığı, çünki şirkə aparan vasitədir.
  2. Tikili olmasa belə qəbirlər yanında namaz qılmağın haramlığı, çünki məscid səcdə edilən yerin adıdır, hətta tikili olmasa belə.
  3. Kim salehlərin qəbirlərini namaz qılınan məkan kimi istifadə edib, bununla uca Allaha yaxınlaşmaq məqsədini iddia edərsə, o insanların ən şərlisidir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (56)