1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Kiçik şirk nədir, ey Allahın Rəsulu?". O belə buyurdu: “Riya

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ أَخْوَفَ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الْأَصْغَرُ» قَالُوا: وَمَا الشِّرْكُ الْأَصْغَرُ يَا رَسُولَ اللهِ؟ قَالَ: «الرِّيَاءُ، يَقُولُ اللهُ عز وجل لَهُمْ يَوْمَ الْقِيَامَةِ إِذَا جُزِيَ النَّاسُ بِأَعْمَالِهِمْ: اذْهَبُوا إِلَى الَّذِينَ كُنْتُمْ تُرَاؤُونَ فِي الدُّنْيَا، فَانْظُرُوا هَلْ تَجِدُونَ عِنْدَهُمْ جَزَاءً؟».

Mahmud bin Ləbiddən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Kiçik şirk nədir, ey Allahın Rəsulu?". O belə buyurdu: “Riya. İzzət və cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcək: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?".

Həsən Əhməd rəvayət etdi Müsnəd Əhməd - 23630

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ümməti üçün ən çox qorxduğu məsələ, kiçik şirkdir ki, bu da riyadır - yəni adam insanlar üçün əməl edir. Sonra Qiyamət günü riyakarların cəzasından xəbər verir ki, onlara deyiləcək: Könüllərini almaq üçün çalışdığınız insanların yanına gedin və baxın görün, onlar sizi mükafatlandırmaq iqtidarındadılarmı?!

Hədisin faydalarından

  1. İzzət və cəlal sahibi olan Allah üçün ixlasla əməl etmənin və riyadan çəkinmənin vacibliyi.
  2. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə olan şəfqəti, onların hidayətinə olan hərisliyi və onlara nəsihəti.
  3. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxu və narahatlığı salehlərin ən hörmətliləri olan səhabələrinə görə idisə, onlardan sonra gələn nəsillər üçün bu qorxu və narahatlıq daha şiddətlidir.

Tərcümələrə baxmaq

59 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية