عن ابْنِ عُمَرَ رضي الله عنهما أنه سَمِعَ رَجُلًا يَقُولُ: لَا وَالْكَعْبَةِ، فَقَالَ ابْنُ عُمَرَ: لَا يُحْلَفُ بِغَيْرِ اللَّهِ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«مَنْ حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ».
[صحيح] - [رواه أبو داود والترمذي وأحمد] - [سنن الترمذي: 1535]
المزيــد ...
İbn Ömər -Allah ondan razı olsun- bir kişinin: Xeyr, Kəbəyə and olsun dediyini eşitdi. Bunu eşidən İbn Ömər -Allah ondan razı olsun- ona belə dedi: Allahdan başqasına and içilməz. Çünki mən, Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim:
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
[Səhih] - [Əbu Davud, Ət-Tirmizi,Əhməd] - [Sünən Ət-Tirmizi - 1535]
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahdan və Onun ad və sifətlərindən başqası adına and içən kimsənin Allaha küfür etdiyini yaxud Ona şərik qoşduğunu xəbər vermişdir. Çünki kişinin bir şeyə and içməsi, onun and içdiyi şeyi təzim etdiyinə görədir. Bütün təzim və böyüklük isə yalnız tək Allaha aiddir. Buna görə də yalnız Uca Allaha və Onun ad və sifətlərinə and içilər. Bu and kiçik şirkin bir növüdür. Lakin and içən kimsə Allahdan başqa and içdiyini Allahı təzim etdiyi kimi yaxud ondan daha çox təzimlə and içərsə, bu zaman onun bu andı böyük şirk növünə daxil olar.