Kateqoriya: Əqidə . Adlar və hökmlər . Şirk .
+ -

عَنْ عَبْدِ اللهِ بْنِ مَسعودٍ رضي الله عنه عن رَسولِ اللهِ صلى الله عليه وسلم قال:
«الطِّيَرَةُ شِرْكٌ، الطِّيَرَةُ شِرْكٌ، الطِّيَرَةُ شِرْكٌ، -ثلاثًا-»، وَمَا مِنَّا إِلَّا، وَلَكِنَّ اللهَ عَزَّ وَجَلَّ يُذْهِبُهُ بِالتَّوَكُّلِ.

[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 3915]
المزيــد ...

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
( Bədbinlik etiqadı ilə) "Quş uçurmaq şirkdir"-üç dəfə təkrarladı-bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.

[Səhih] - [Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər] - [Sünən Əbi Davud - 3915]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bədbinlik niyyəti ilə quş uçurmaqdan, bu məqsədlə istər eşidilən, istərsə də gözlə görünən quşlar, heyvanlar, əlillər, rəqəmlər, günlər və sairə bu kimi növ vasitələrdən istifadə etməklə bədbinlik gözləməkdən çəkindirmişdir. O, burada məhz quşu qeyd etdi, çünki cahiliyyə dövründə- islamdan əvvəl quş uçurtmaq məşhur idi. Səyahətə, ticarətə və ya başqa işlərə başlarkən quş uçurulardı, əgər sağa uçarsa, şəxs nikbin olardı və işinə davam edərdi, yox əgər quş sola uçardısa, insan bədbin olar və niyyətindən əl çəkərdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunun şirk olduğunu xəbər verir, çünki xeyir yalnız Allahdandır, şərri də yalnız şəriki olmayan, tək olan Allah dəf edər.
İbn Məsud (Allah ondan razı olsun) qeyd edir ki, bəzən müsəlmanın qəlbində bədbinlik düşüncəsi yer ala bilər, lakin müsəlman səbəbləri tətbiq etməklə Allaha təvəkkül edib, həmin düşüncələrin qarşısını almalıdır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Quş uçurmaq şirkdir, çünki bu əməldə qəlbin Allahdan başqasına bağlılığı vardır.
  2. Mühüm məsələlərin yadda qalması və qəlbdə qərar tutması üçün təkrarlanmasının əhəmiyyəti.
  3. Bədbinlik uca Allaha təvəkkül etməklə aradan qaldırılır.
  4. Yalnız Allaha təvəkkül etmək və qəlbin Ona bağlılığın əmr edilməsi.