+ -

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ العَاصِ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ اللهَ سَيُخَلِّصُ رَجُلًا مِنْ أُمَّتِي عَلَى رُءُوسِ الْخَلَائِقِ يَوْمَ الْقِيَامَةِ، فَيَنْشُرُ عَلَيْهِ تِسْعَةً وَتِسْعِينَ سِجِلًّا، كُلُّ سِجِلٍّ مِثْلُ مَدِّ الْبَصَرِ، ثُمَّ يَقُولُ: أَتُنْكِرُ مِنْ هَذَا شَيْئًا؟ أَظَلَمَكَ كَتَبَتِي الْحَافِظُونَ؟ فَيَقُولُ: لَا يَا رَبِّ، فَيَقُولُ: أَفَلَكَ عُذْرٌ؟ فَيَقُولُ: لَا يَا رَبِّ، فَيَقُولُ: بَلَى إِنَّ لَكَ عِنْدَنَا حَسَنَةً، فَإِنَّهُ لَا ظُلْمَ عَلَيْكَ الْيَوْمَ، فَتُخْرَجُ بِطَاقَةٌ فِيهَا: أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، فَيَقُولُ: احْضُرْ وَزْنَكَ، فَيَقُولُ: يَا رَبِّ مَا هَذِهِ الْبِطَاقَةُ مَعَ هَذِهِ السِّجِلَّاتِ؟ فَقَالَ: إِنَّكَ لَا تُظْلَمُ، قَالَ: فَتُوضَعُ السِّجِلَّاتُ فِي كِفَّةٍ، وَالْبِطَاقَةُ فِي كِفَّةٍ، فَطَاشَتِ السِّجِلَّاتُ، وَثَقُلَتِ الْبِطَاقَةُ، فَلَا يَثْقُلُ مَعَ اسْمِ اللهِ شَيْءٌ».

[صحيح] - [رواه الترمذي وابن ماجه] - [سنن الترمذي: 2639]
المزيــد ...

Abdullah bin Amr bin Asdan (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
Həqiqətən Allah qiyamət günü ümmətimdən bir adamı məxluqatın önünə çıxaracaq və onun üçün qarşısına doxsan doqquz kitab sərəcək. Hər kitab gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Allah buyuracaq: "Bunlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Adam deyəcək: Xeyr, ey Rəbbim! Allah buyuracaq: Sənin üzrlü səbəbin varmı? Adam: Xeyr, ey Rəbbim!- deyə cavab verəcək. Allah buyuracaq: Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" olan kağız parçası gətiriləcək. Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam deyəcək: Ey Rəbbim, bu kağız parçasının doxsan doqquz kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməz". Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək. Uca Allahın adıyla yanaşı heç bir şey ağır gəlməz.

[Səhih] - [Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 2639]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah Qiyamət günü ümmətindən bir adamı seçərək məxluqatın önünə çıxaracaq və hesaba çəkəcək. Sonra bu insanın qarşısına, dünyada etdiyi pis əməllərin səhifələrindən ibarət olan doxsan doqquz kitab təqdim ediləcək. Hər kitab da, gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Sonra izzət və cəlal sahibi Allah bu kişiyə deyəcək: Bu kitablarda yazılanlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Kişi deyəcək: Xeyr, ey Rəbbim İzzət və Cəlal sahibi olan Allah deyəcək: Dünyada etdiyin əməlləri səhv və ya xəta və ya cəhalət kimi üzrlü edəcək səbəbin varmı? Kişi deyəcək: Xeyr, ey Rəbbim, mənim heç bir üzrlü səbəbim yoxdur. İzzət və Cəlal sahibi olan Allah buyuracaq: "Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" yazılmış kağız parçası çıxarılacaq. İzzət və Cəlal sahibi olan Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam təəccüblə deyəcək: Ey Rəbbim, bu kağız parçasının bu qədər kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməyəcək." Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq. Kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək və Allah onu bağışlayacaq.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Tövhid kəliməsinin əzəməti: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur" kəliməsinin əzəməti və tərəzidə ağırlığı
  2. Dil ilə "Ləə iləhə illallah" söyləmək kifayət deyil, bununla yanaşı onun mənasını bilmək , bu kəliməyə uyğun və ondan qaynaqlanan əməlləri etmək vacibdir.
  3. İxlas və tövhidin qüvvəti günahları silməyə səbəbidir.
  4. İman, qəlbdəki ixlasın dərəcəsinə görə fərqlənir, bəzi insanlar bu kəliməni söyləyə bilərlər, lakin, günahları qədərində əzab ediləcəklər.