“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”
Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər
Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir
Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar
Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?
Əməllər altı növ, insanlar isə dörd qismə bölünür. Bunları vacib edən iki amil var. Bəzi yaxşı əməllərin qarşılığı misli-mislinə olduğu halda, başqa yaxşı əməllərin qarşılığı on qat verilir, bəzilərinin isə qarşılığı isə yeddi yüz qatdır