Kateqoriya: Əqidə . Uca Allaha iman .
+ -

عَنْ جَابِرٍ رضي الله عنه قَالَ:
أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ: يَا رَسُولَ اللهِ، مَا الْمُوجِبَتَانِ؟ فَقَالَ: «مَنْ مَاتَ لَا يُشْرِكُ بِاللهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ، وَمَنْ مَاتَ يُشْرِكُ بِاللهِ شَيْئًا دَخَلَ النَّارَ»

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 93]
المزيــد ...

Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi:
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 93]

Şərh (izah)

Kişi peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səbəb barəsində soruşdu: Cənnətə aparan və cəhənnəmə vasil edən səbəb. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verir ki: Cənnətə aparan səbəb insanın tək olan Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmadan ölməsidir. Cəhənnəmə salan səbəb isə insanın, Allahın uluhiyyətində və ya rübubiyyətində və ya ad və sifətlərində Ona hər hansı şeyi tay tutması və şərik qoşaraq ölməsidir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Tövhidin fəziləti və iman gətirib Allaha şərik qoşmadan ölən insanın cənnətə daxil olması.
  2. Şirkin təhlükəsi və Allaha şərik qoşanın cəhənnəmə daxil olması.
  3. Tövhid əhli arasındakı günahkarlar Allahın istəyi altındadır, istəsə onları bağışlayar, istəsə onlara əzab verər, lakin sonda gedəcəkləri yer cənnətdir.