+ -

عَنْ ‌عَائِشَةَ رضي الله عنها:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ كُلَّ لَيْلَةٍ جَمَعَ كَفَّيْهِ، ثُمَّ نَفَثَ فِيهِمَا فَقَرَأَ فِيهِمَا: {قُلْ هُوَ اللهُ أَحَدٌ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ}، ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ، يَبْدَأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ وَمَا أَقْبَلَ مِنْ جَسَدِهِ، يَفْعَلُ ذَلِكَ ثَلَاثَ مَرَّاتٍ.

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5017]
المزيــد ...

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 5017]

Şərh (izah)

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yatmaq üçün yatağına girərkən etdiyi şeylərdən biri də, ovuclarını birləşdirərək, dua edən insan kimi əllərini qaldırar, xəfif tüpürərək ovuclarına üfürər , İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə başından, üzündən, bədənin ön qismindən başlayaraq, əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Bunu üç dəfə edərdi.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Yatmazdan öncə əllərin içinə üfürməklə İxlas, Fələq, Nəs surələrini oxuyub, sonra bədənin bacarıldığı qədər hər yerinə sürtməyin müstəhəb olması.