Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir
Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir
Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir
Ey Əbul Munzir, bilirsənmi, Allahın kitabındakı hansı ayə daha əzəmətlidir?". Dedi: Mən cavab verdim: "Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur" [Əl bəqərə 2 surəsi, ayə 255]. O sinəmə vurub dedi: "Ey Əbul Munzir, vallahi elm sənə mübarək olsun
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar