+ -

عن عثمان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5027]
المزيــد ...

Osmandan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir."

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 5027]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, müsəlmanların ən xeyirlisi və Allah qatında ən yüksək dərəcəyə malik olanı Quranı tilavətlə oxumaqla, əzbərləməklə, onun təfsirini və elmini öyrənər və bilik əldə edər. Onun əhkamlarına əməl edər və bildiyi Quran elmlərini başqalarına öyrədər.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Quranın şərəfli olmasının və kəlamlarının ən xeyirli olmasının açıqlaması. Çünki bu, Allahın kəlamıdır.
  2. Öyrənənlərin ən xeyirlisi özünün öyrənməsi ilə kifayətlənməz, əksinə öyrəndiklərini başqalarına öyrədər.
  3. Quranı öyrənmək və öyrətmək- tilavəti, mənaları və əhkamları da ehtiva edir.