+ -

عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«تَعَاهَدُوا هَذَا الْقُرْآنَ، فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَلُّتًا مِنَ الْإِبِلِ فِي عُقُلِهَا».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 791]
المزيــد ...

Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Bu Quranı daima oxuyun! Canım əlində olan Allaha and olsun ki, o (sahibini) kəndirdən açılıb qaçan dəvədən daha tez tərk edir".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 791]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sinələrdə əzbərlənən Quranı unutmamaq üçün ona bağlı qalmağı və onu mütəmadi olaraq oxumağı əmr etmişdir. O (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək təkid edir ki, Quranın sinələrdən itməsi və getməsi, ayağının ortasından iplə bağlanmış dəvənin ipdən qurtulub qaçmasından daha asandır. Əgər insan Quranı oxumağa davam edərsə, onu saxlayar, əgər oxumağı buraxarsa, əzbərlədiyi gedər və itər.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Əgər Quran əzbərləyən onu mütəmadi oxuyarsa, yaddaşına həkk olar, əks halda əzbərlədikləri onun yaddaşından itər və onları unudar.
  2. Quranı davamlı oxumağın faydalarından: mükafat və savab, və Qiyamət günü oxuyanın dərəcəsinin ucalığı.