عَنْ أَبِي وَاقِدٍ اللَّيْثِيِّ رضي الله عنه:
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا خَرَجَ إِلَى حُنَيْنٍ مَرَّ بِشَجَرَةٍ لِلْمُشْرِكِينَ يُقَالُ لَهَا: ذَاتُ أَنْوَاطٍ يُعَلِّقُونَ عَلَيْهَا أَسْلِحَتَهُمْ، فَقَالُوا: يَا رَسُولَ اللهِ، اجْعَلْ لَنَا ذَاتَ أَنْوَاطٍ كَمَا لَهُمْ ذَاتُ أَنْوَاطٍ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «سُبْحَانَ اللهِ! هَذَا كَمَا قَالَ قَوْمُ مُوسَى {اجْعَلْ لَنَا إِلَهًا كَمَا لَهُمْ آلِهَةٌ} [الأعراف: 138] وَالَّذِي نَفْسِي بِيَدِهِ لَتَرْكَبُنَّ سُنَّةَ مَنْ كَانَ قَبْلَكُمْ».
[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 2180]
المزيــد ...
Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun) belə rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Huneynə çıxanda müşriklərin silahlarını asdıqları "Zətu-Ənvat" deyilən bir ağacın yanından keçdi və səhabələr dedilər: Ey Allahın elçisi, onların Zətu-Ənvat ağacı olduğu kimi, bizim üçün də Zətu-Ənvat ağacı düzəlt!” Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Subhənallah-(Allah pak və müqəddəsdir! )Bu, Musanın qövmünün dediyi kimidir: “Onların ilahları olduğu kimi, bizim üçün də bir ilah düzəlt!” [Əraf: 138] Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız."
[Səhih] - [Ət-Tirmizi və Əhməd rəvayət ediblər] - [Sünən Ət-Tirmizi - 2180]
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Taif ilə Məkkə arasında bir vadi olan Huneynə getdi və onun yanında İslama yeni daxil olmuş bir neçə səhabə vardı. Onlar “zətu ənvat” adlanan, yəni üzərində asılmış şeylər olan bir ağacın yanından keçdilər. Müşriklər o ağaca ehtiram edirdilər, bərəkət diləmək niyyəti ilə onun üzərinə öz silahlarını və başqa şeyləri asırdılar. (Bu səhabələr) caiz olduğunu düşünərək, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) istədilər ki, onlar üçün bu ağac kimi, bərəkət diləyib silahlarını asa biləcəkləri bir ağac düzəltsin. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözü (səhabələrin istəyini) inkar edərək, Allahı təsbih etdi-Onu hər cür nöqsanlardan münəzzəh etdi və bu sözün Musanın qövmünün ona dediyi sözə-“Onların ilahları olduğu kimi, bizə də bir ilah et” - sözünə bənzədiyini bildirdi . (Musanın qövmü) Bütlərə ibadət edənləri gördükdə, müşriklərin bütləri olduğu kimi özlərinin də bütlərinin olmasını istədilər. Bu da, onların yoluna tabe olmaqdır. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ümmətin yəhudi və xristianların yoluna tabe olacağını, onların etdiklərini edəcəyini, bundan çəkindirmək üçün bizə xəbər verdi.