1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Qurani-Kərim və ona aid elimlər

Hədis Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عنه سَمِعْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَقُولُ:
«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ}، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَنِ الرَّحِيمِ}، قَالَ اللهُ تَعَالَى: أَثْنَى عَلَيَّ عَبْدِي، وَإِذَا قَالَ: {مَالِكِ يَوْمِ الدِّينِ}، قَالَ: مَجَّدَنِي عَبْدِي، -وَقَالَ مَرَّةً: فَوَّضَ إِلَيَّ عَبْدِي-، فَإِذَا قَالَ: {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}، قَالَ: هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ: {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلا الضَّالِّينَ}، قَالَ: هَذَا لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ».

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır. Qul: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni öydü) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, (Qulum Məni ucaltdı) yaxud da: (Qulum işini Mənə həvalə etdi) deyər. Qul: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir və quluma istədiyi olacaqdır) diyə buyurar. Qul: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, quluma aiddir, quluma istədiyi veriləcəkdir) diyə buyurar".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 395

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahın qüdsi bir hədisdə belə buyurduğunu xəbər vermişdir: Namazda Fatihə surəsini qulumla Özüm aramda iki yerə böldüm, Fatihə surəsinin yarısı Mənim, yarısı isə onundur.
Fatihə surəsinin birinci yarısı: Uca Allaha həmd-səna və Ona tərifdir. Buna görə qulumu ən xeyirli qarşılıqla mükafatlandıracağam.
Fatihə surəsinin ikinci yarısı: Yalvarmaq və duadır. Qulumun duasını qəbul edəcəm və ona istədiyini verəcəm.
Namaz qılan kimsə: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni təriflədi, Mənə həmd etdi və qullarıma olan nemətimi itiraf etdi) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, Allah: (Qulum Məni ucaltdı, bu böyük şərəfdir) deyər.
Namaz qılan kimsə: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, Allah: (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir) deyə buyurar.
Bu ayənin birinci qismi: (Biz yalnız Sənə ibadət edir) Allaha aiddir. Bu, Uca Allahın ibadətə layiq tək haqq ilah olduğunu etiraf etmək və Onun ibadət çağrısına icabət etməkdir və bununla da Uca Allaha aid olan qisim burada bitir.
Ayənin ikinci qismi: (və yalnız Səndən kömək diləyirik) isə qula aiddir. Bu, Uca Allahdan yardım diləməyi və Ondan yardım diləyənə yardım edəcəyinə dair vədinin gerçəkləşəcəyini ifadə edir.
Namaz qılan kimsə: (Bizi doğru yola yönəlt!* Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, qulumun yalvarması və dua etməsidir, quluma istədiyi veriləcəkdir, Mən artıq onun duasına icabət etdim) diyə buyurar.

Hədisin faydalarından

  1. Bu hədisdə Fatihə surəsinin önəminin böyüklüyü ifadə edilmiş və Uca Allah bu surəni namaz olaraq adlandırmışdır.
  2. Hədisdə Uca Allahın quluna olan qayğısı ifadə edilmiş, həmçinin, qulunun Onu həmd-səna etməsindən dolayı qulunu mədh etməsi xəbər verilmiş və sonda isə qulun Ondan istədiyinin ona verəcəyini vəd etmişdir.
  3. Bu surə özündə, Uca Allaha həmd-səna etməyi, öldükdən sonra yenidən dirilməyi, Allaha dua etməyi, ixlasla Ona ibadət etməyi, doğru yola yönəltməsini istəməyi və batil yollardan çəkindirməyi əhatə etmişdir.
  4. Namaz qılan kimsə - Fatihə surəsini oxuduğu zaman - bu hədisi xatırlayarsa bu onun namazdakı xuşusunu artırar.

Tərcümələrə baxmaq

60 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية