Qurani-Kərimin fəziləti

6Hədislərin siyahısı

Hədislərin siyahısı 6

Kim Allahın kitabından bir hərf oxuyarsa, ona bir savab yazılar. Savab isə on mislindədir
Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin
Sizlərdən biriniz ailəsinin yanına döndüyündə orada üç kök böyük hamilə dəvə görmək istəyərmi?
Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir
Quranı aşkardan oxuyan aşkardan sədəqə verən kimidir, Quranı gizli oxuyan isə gizli sədəqə verən kimidir