+ -

عن أبِي هُرَيرةَ رضي الله عنه أنَّ رسول الله صلى الله عليه وسلمَ قال:
«إذا قُلْتَ لِصَاحِبِكَ: أَنْصِتْ، يومَ الجمعةِ، والْإِمامُ يَخْطُبُ، فَقَدْ لَغَوْتَ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 851]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 851]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə xütbəsində iştirak edən kimsənin, imamın xütbədə söylədiyi nəsihəti tədəbbür etmək üçün ona sakitcə qul asması cümə xütbəsinin vacib olan ədəblərindən biri olduğunu həmçinin bir şəxsin imam xütbə verərkən yanında əlyəşən qardaşına: "sus" və ya "qula as" hətta bundan az olan bir kəlmə söyləyərsə bilə, cümə namazının fəzilətini itirdiyini bəyan etmişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Xütbəyə qulaq asarkən: danışmaq, hətta münkər bir şeyi inkar etmək, salam verənin salamını almaq, asqıran kimsəyə: "Yarhəmukə Allah" demək olsa belə haramdır.
  2. Xütbə əsnasında imamı danışdıran və ya imamın özü danışdırdığı kimsə bu haramlıqdan istisna edilir.
  3. Ehtiyac anında iki xütbə arasında (imamın minbərdə əyləşdiyi vaxt) danışmaq icazəlidir.
  4. İmam xütbə verərkən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) adı zikir edilərsə, xütbəni dinliyən sakitcə salat və salam gətirər və imamın etdiyi dualarına da amin deyər.
Əlavə