1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذَا كَبَّرَ فِي الصَّلَاةِ، سَكَتَ هُنَيَّةً قَبْلَ أَنْ يَقْرَأَ، فَقُلْتُ: يَا رَسُولَ اللهِ بِأَبِي أَنْتَ وَأُمِّي أَرَأَيْتَ سُكُوتَكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ، مَا تَقُولُ؟ قَالَ «أَقُولُ: اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ».

Əbu Hureyradan (Allah ondn razı olsun) belə dediyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi" - deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 598

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz üçün təkbir (Allahu Əkbər) dedikdən sonra, “Fatihə” surəsini oxumazdan əvvəl azacıq sakit durardı, orada bəzi dualarla namazına başlayardı. Və bu dualardan varid olanlardan biri: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahummə-ğsilni min xatayəyə bilməi vəs-səlci vəl-bərdi."
Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu. O, Uca Allaha dua edir ki, onu günahlardan uzaq etsin ki, günaha düşməsin. Elə bir şəkildə uzaq etsin ki, günahla qarşılaşmasın, necə ki, şərqlə qərb heç zaman qarşılaşmaz. Əgər o günahlara düşsə, çirk ağ paltardan çıxarıldığı kimi, onu da günahlardan təmizləsin, günahlarını su, qar və dolu kimi soyuq təmizləyicilərlə yusun, onların alovunu və istiliyini soyutsun.

Hədisin faydalarından

  1. Səsli namazda olsa da belə, açılış duasını gizli oxumaq.
  2. Səhabələrin (Allah onlardan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hərəkətlərində və sükunətindəki hallarını bilməyə can atmaları.
  3. Açılış duasının başqa formaları da varid olmuşdur. Yaxşı olar ki, insan ondan (Allahın salavatı və salamı onun üzərinə olsun) varid və sabit olan açılış dualarını öyrənsin və hər dəfə birini söyləsin.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية