+ -

عَنْ ‌وَرَّادٍ كَاتِبِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ: أَمْلَى عَلَيَّ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ فِي كِتَابٍ إِلَى مُعَاوِيَةَ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ مَكْتُوبَةٍ: «لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 844]
المزيــد ...

Muğirə bin Şöbənin (Allah ondan razı olsun) katibi Ravvaddan rəvayət edildiyinə görə o belə demişdir: Muğirə bin Şöbə (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) göndərdiyi məktubda mənə bunu imla etdi:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazdan sonra bu zikri edərdi: «Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cədd».

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 844]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər fərz namazını qılıb qutardıqdan sonra bu zikri edərdi: «Lə iləhə illəl-lahu vahdəhu lə şərikə ləh. Ləhul-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zəl-cəddi minkəl-cəddu».
Yəni: Mən tövhid kəlməsi olan Lə iləhə illallahı qəbul və təsdiq edirəm. Həqiqi ibadətə yalnız Uca Allahın layiq olduğunu təsdiq edir və Ondan başqasına edilməsini isə inkar edirəm. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Mülkün bütünlükə Uca Allaha aid olduğunu, səma və yer əhlinin bütün həmdləri yalnız Uca Allaha xas olduğunu və Onun hər bir şeyə qadir olduğunu, Uca Allahın təqdir edib verdiyinə kiminsə mane olacağını və verməyib mane olduğunu da kiminsə verə bilməyəcəyini iqrar edirəm. Həmçinin zəngin olanın zənginliyi Allah qatında heç bir fayda verməyəcəyini, insana yalnız saleh əməllərin fayda verəcəyini də iqrar edirəm.

Tərcümə: İngiliscə Urduca İndoneziya Uyğur Banqalca Türkcə Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Bu zikr özlüyündə tövhid və həmd-səna dolu mənalar əhatə etdiyinə görə fərz namazlardan sonra söylənməsi müstəhəbdir.
  2. Sünnəni yerinə yetirməyə və onu insanlar arasında yaymağa tələsmək.