1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو وَيَقُولُ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ، وَمِنْ فِتْنَةِ المَحْيَا وَالمَمَاتِ، وَمِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ». وفِي لَفْظٍ لِمُسْلِمٍ: «إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ التَّشَهُّدِ الْآخِرِ، فَلْيَتَعَوَّذْ بِاللهِ مِنْ أَرْبَعٍ: مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dua edərdi: "Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram". Muslimdə keçən ifadə isə belədir: "Sizlərdən biriniz sonuncu təşəhhüdü bitirdikdə dörd şeydən Allaha sığınsın: Cəhənnəm əzabından, qəbr əzabından, həyat və ölümün fitnəsindən və Məsih Əd-dəccəlin şərindən".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 1377

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namazın sonunda təşəhhüddən sonra, salamdan əvvəl dörd şeydən Allaha sığınardı və onlardan Allaha sığınmağı bizə əmr etmişdir, bunlar:
Birincisi: Qəbr əzabından.
İkincisi: Cəhənnəm əzabından - bu isə Qiyamət günü olacaq.
Üçüncüsü: Həyatın fitnəsindən - dünyanın haram şəhvətlərindən, onun azdıran şübhələrindən və ölümün fitnəsindən yəni ölüm anı, İslamdan və ya sünnədən uzaqlaşmaqdan və qəbir fitnəsindən - bu da iki mələyin sorğu sualıdır.
Dördüncüsü: Axır zamanda zühur edəcək Dəccalın fitnəsindən, çünki Allah bəndələrini bununla imtahan edəcək. Böyük fitnəsinə və azğınlığına görə onu xüsusilə qeyd etmişdir.

Hədisin faydalarından

  1. Bu sığınma, dünya və axirət şərlərini ehtiva etdiyi üçün duaların ən mühümüdür və böyük mənaları əhatə edir.
  2. Qəbr əzabının sübutu və onun haqq olması.
  3. Fitnələrin təhlükəli olması və onlardan qurtulmaq üçün Allaha sığınmağın və dua etməyin əhəmiyyəti.
  4. Dəccalın çıxacağının isbatı və fitnəsinin təhlükəli olması.
  5. Bu duanı sonuncu təşəhhüdün ardınca oxumağın müstəhəbliyi.
  6. Saleh əməldən sonra dua etməyin müstəhəb olması.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية