+ -

عَنْ ‌أَبِي الزُّبَيْرِ قَالَ:
كَانَ ‌ابْنُ الزُّبَيْرِ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ حِينَ يُسَلِّمُ: «لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، ‌وَلَا ‌نَعْبُدُ ‌إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ» وَقَالَ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَلِّلُ بِهِنَّ دُبُرَ كُلِّ صَلَاةٍ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 594]
المزيــد ...

Əbu Zubeyrdən belə dediyi rəvayət edilir:
İbn Zubeyr hər namazı salam verib bitirdikdən sonra deyərdi: "Lə iləhə illallah vahdəhu ləə şərikə ləh, ləhul mulku və ləhul həmd, və huva alə kulli şeyin qadir, lə həvlə və lə quvvətə illə billəh, və lə nəbudu illə iyyəh, ləhun nimətu və ləhul fadlu və ləhus sənəul həsən, lə iləhə illallahu muxlisinə ləhud dinə vələv kərihəl kəfirun" (Mənası): "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Ona məxsudur, həmd Ona məxsusdur və O hər şeyə qadirdir, güc və qüdrət sahibi ancaq Allahdır, Allahdan başqa ibadətə layiq ilah yoxdur və biz Ondan başqa heç kəsə ibadət etmirik, nemət və fəzilət Ona məxsusdur. Gözəl tərif Ona məxsusdur. Kafirlərin xoşuna gəlməsə belə, dini yalnız ixlasla Ona aid edərik.” Və sonra dedi: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 594]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazda salam verdikdən sonra bu əzəmətli zikri edərdi.
"Ləə iləhə illəllah"- yəni Allahdan başqa ibadətə layiq məbud yoxdur.
"Təkdir, Onun şəriki yoxdur" -yəni Onun uluhiyyətdə, rububiyyətdə, isim və sifətlərində şəriki yoxdur.
Mülk Ona məxsusdur- yəni, tam bütün mülk - hər şeyi- yerləri və göyləri və onlar arasında olanları əhatə edən bütün mülk Ona məxsusdur, sahibi Odur.
"Həmd Ona məxsusdur"-yəni O, tam bütün kamilliklə vəsf edilib, hər bir halda-çətin və xoş günlərdə, sevgi və təzimlə kamilliklə Ona tərif və şükür edilir.
"O hər şeyə qadirdir"- qüdrəti hər yöndən kamil və tamdır, Onu heç nə aciz edə bilməz və hər hansı işi etməsinə mane ola bilməz.
"Allahdan başqa güc və qüvvət sahibi yoxdur"- yəni bir haldan başqa hala və Allaha asilikdən itaətə keçmək, yalnız güc və qüvvət sahibi Allahın yardımıyla mümkündür. Yardım edən Odur və yalnız Ona güvənilir.
"Allahdan başqa ibadətə layiq olan ilah yoxdur, və yalnız Ona ibadət edirik"- uluhiyyət-ilahlıq mənasının təkidlə vurğulanması və şirkin inkar edilməsi və ibadətin yalnız Ona layiq olması deməkdir.
"Nemət Ona məxsusdur və fəzilət Onundur" - yəni neməti yaradan və onun sahibi olan Odur və qullarından istədiyinə onu verən də Odur.
"Gözəl tərif Ona məxsusdur" -Hər bir halda gözəl tərif Özünə, sifətlərinə, fellərinə və nemətlərinə aiddir.
"Allahdan başqa ibadətə layiq ilah yoxdur. Dini yalnız Ona məxsus edərik."-yəni biz Allaha itaətdə riya və şan-söhrət güdmədən tövhid əhliyik.
"Kafirlərin xoşuna gəlməsə belə"-yəni kafirlər sevməsə belə Allahın tövhidində, Ona ibadətdə sabitik.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Hər fərz namazdan sonra bu zikrə riayət etməyin müstəhəb olması.
  2. Müsəlman öz diniylə qürur duyar, kafirlər sevməsə belə şüarlarını izhar edər.
  3. Əgər hədisdə "namazın sonunda" sözü işlədilibsə və bu hədisdə zikr qeyd olunubsa, qayda budur ki, həmin zikr salamdan sonra deyilir, və əgər duadırsa, salamdan öncə deyilməsinə işarədir.