+ -

عن ابن عباس رضي الله عنهما:
كان النبي صلى الله عليه وسلم يقول بين السجدتين: «اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي».

[حسن بشواهده] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 850]
المزيــد ...

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahumməğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).

[Şahidləriylə həsən olan] - [Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər] - [Sünən Əbi Davud - 850]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda iki səcdə arasında müsəlmanın ən çox ehtiyacı olduğu bu beş duanı edərdi. Bu dualar dünya və axirət xeyrini, bağışlanma diləyini, günahların yad nəzərlərdən gizlədilməsini və onların əfvini, son dərəcə bol rəhməti, şübhələrdən, nəfsani istəklərdən, xəstəliklərdən, dərdlərdən salamat olmağı, Allahdan haqq üzərində hidayət diləyini və onun üzərində sabit olmağı, imandan, elmdən, saleh əməllərdən, təmiz halal qazancdan ruzi istəyini özündə birləşdirir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İki səcdə arasndakı oturuşda bu duanı etmək namazın qaydalarındandır.
  2. Dünya və axirət xeyirlərini əhatə etdiyinə görə bu dualar fəzilətlidir.