عَن ابْنِ عُمَرَ رضي الله عنهما:
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْفَعُ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ إِذَا افْتَتَحَ الصَّلَاةَ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ، رَفَعَهُمَا كَذَلِكَ أَيْضًا، وَقَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَبَّنَا وَلَكَ الحَمْدُ»، وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِي السُّجُودِ.
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 735]
المزيــد ...
İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmia-Llahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 735]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında üç yerdə əllərini çiyin səviyyəsində qaldırardı ki, bu da çiyin sümüyü ilə qol sümüyünün birləşdiyi yerdir.
Birinci yer: Namaza ihram (açılış) təkbiri ilə başladıqda.
İkincisi: Rukuya getmək üçün “Allahu Əkbər” dedikdə.
Üçüncüsü: Rukudan başını qaldırdıqda və "Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" dedikdə.
Nə səcdə etməyə başlayanda, nə də səcdədən qalxarkən əllərini qaldırmazdı.