Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına "Sus!" dersən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir