+ -

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«مَنْ يَقُمْ لَيْلَةَ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ»

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 35]
المزيــد ...

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 35]

Şərh (izah)

Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayının son on gecəsində olan Qədr gecəsini ibadətlə keçirməyin fəziləti barədə xəbər vermiş və bildirmişdir ki, kim bu gecəni namaz qılmaqla, Quran oxumaqla, dua və zikr etməklə keçirib, həmin gecənin varlığına və fəzilətinə iman gətirər, bu əməllərin savabını yalnız Allahdan umar, riyadan və şan-şöhrətdən uzaq durarsa, Allah onun keçmiş günahlarını bağışlayar.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Qədr gecəsinin fəziləti və onu ibadətlə keçirməyə təşviq.
  2. Saleh əməllər yalnız səmimi, doğru niyyətlə qəbul edilir.
  3. Allahın qullarına lütfü və rəhmətidir ki, hər kimsə imanla və savabını yalnız Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar.