+ -

عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ رضي الله عنه قَالَ: قَالَ النَّبِيُّ صلى الله عليه وسلم:
«بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ، بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلَاةٌ» ثُمَّ قَالَ فِي الثَّالِثَةِ: «لِمَنْ شَاءَ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 627]
المزيــد ...

Abdullah bin Muğaffəldən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
"Hər iki azan (azan və iqamə) arasında namaz vardır, hər iki azan arasında namaz vardır" Sonra üçüncü dəfədə əlavə etdi: "İstəyən üçün".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 627]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər azan və iqamə arasında nafilə namazı olduğunu bəyan edərək bunu üç dəfə təkrar etdi və üçüncü dəfədə bunun namaz qılmaq istəyən kəs üçün müstəhəb olduğunu bildirdi.

Hədisin faydalarından

  1. Azan və iqamə arasında namaz qılmağın müstəhəbliyi.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dediklərini eşitdirmək və əhəmiyyətini təsdiq etmək üçün sözünü təkrarlamaq metodu.
  3. (Ərəb dilində) İki azan dedikdə: azan və iqamə nəzərdə tutulur və onlar üçün iki azan sözünün işlənməsi (azanın) üstünlük təşkil etdiyinə görədir, necə ki, iki ay (günəş və ay üçün) və iki Ömər (Əbu Bəkr və Ömər üçün) işlədilir.
  4. Azan namaz vaxtının daxil olmasının xəbərdarlığı, iqamə isə namazın indi yerinə yetirilməsinin xəbərdarlığdır.
Tərcümə: İngiliscə Urduca İndoneziya Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Serbiya Rumın Macar Çex الموري Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq