1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə

عن عمر بن الخطاب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«إِذَا قَالَ الْمُؤَذِّنُ: اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ، فَقَالَ أَحَدُكُمُ: اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ، ثُمَّ قَالَ: أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، قَالَ: أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، ثُمَّ قَالَ: أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، قَالَ: أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، ثُمَّ قَالَ: حَيَّ عَلَى الصَّلَاةِ، قَالَ: لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، ثُمَّ قَالَ: حَيَّ عَلَى الْفَلَاحِ، قَالَ: لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، ثُمَّ قَالَ: اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ، قَالَ: اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ، ثُمَّ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ، قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةَ».

Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-salə!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 385

Şərh (izah)

Azan, insanlara namaz vaxtının girdiyini bildirməkdir. Azanın sözləri islam əqidəsini özündə əhatə edən sözlərdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə əzan eşidildiyi zaman deyilməsi lazım olan şeyi açıqlamışdır. Bu da, azanı eşidən kimsənin müəzzinin söylədiyini təkrar etməsidir. Müəzzin: "Allahu Əkbər" dediyi zaman azanı eşidən kimsə: "Allahu Əkbər" deməlidir. Azanı eşidən kimsə müəzzinin: "Həyyə aləs-salə!" sözünə qədər bu şəkildə müəzzinin söylədiyi sözlərin eynisi ilə təkrar edir. "Həyyə aləs-salə!", "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzinlə birlikdə ixlaslı bir şəkildə azanı təkrar edən kimsənin Cənnətə girəcəyini xəbər vermişdir.
Azanın sözlərinin mənası: "Allahu Əkbər". Yəni: Uca Allah hər şeydən böyük, uca və əzəmətlidir.
"Əşhədu əllə iləhə illəllah". Yəni: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.
"Əşhədu ənnə Muhammədən rasulullah". Yəni: Dilimlə və qəlbimlə Muhammədin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın insanlara göndərdiyi rəsulu olduğunu və ona itaət etməyin vacib olduğunu iqrar edirəm və həmçinin buna şahidlik edirəm.
"Həyyə aləs-salə!". Yəni: Namaza gəlin, bunu eşidən kimsənin: "Lə həvlə va lə quvvətə illə billəh" deməsi, Allahın müvəffəq etməsi istisna olmaqla, itaətə mane olan şeylərdən qurtarmağa heç bir gücü və itaətləri edə biləcək heç bir qüvvəsi və qüdrəti yoxdur anlamındadır.
"Həyyə aləl-fələh!". Yəni: Qurtuluşa səbəb olan şeyə gəlin. Bu da, Cənnəti qazanmaq və Cəhənnəmdən xilas olmaqdır.

Hədisin faydalarından

  1. Müəzzinin söylədiyi sözləri eyni şəkildə təkrarlamağın fəzilətli. Ancaq müəzzin: "Həyyə aləs-saləh!" və "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həvlə va lə quvvətə illə billəh" deyilməlidir.

Tərcümələrə baxmaq

60 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية