عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ:
«إِذَا مَاتَ الْإِنْسَانُ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلَّا مِنْ ثَلَاثَةٍ: إِلَّا مِنْ صَدَقَةٍ جَارِيَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1631]
المزيــد ...
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
"İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1631]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, ölən kəsin əməli onun ölümü ilə sona çatır, ona görə də, ölümündən sonra bu üç şeydən başqa o, savab əldə edə bilmir; Çünki bu üş şeyə onun özü səbəb olub:
Birincisi: Vəqf, məscid tikmək, quyu qazmaq və s. kimi savabı axarlı və davamlı, fasiləsiz olan sədəqə.
İkincisi: Elm kitabları yazmaq və ya kiməsə elm öyrədib, öldükdən sonra həmin şəxsin bu elmi yaması kimi insanların faydalandığı elm.
Üçüncüsü: Valideynlərinə dua edən saleh mömin övlad.