+ -

عن سعد بن عبادة رضي الله عنه أنه قال:
يَا رَسُولَ اللَّهِ، إِنَّ أُمَّ سَعْدٍ مَاتَتْ، فَأَيُّ الصَّدَقَةِ أَفْضَلُ؟، قَالَ: «الْمَاءُ»، قَالَ: فَحَفَرَ بِئْرًا، وَقَالَ: هَذِهِ لِأُمِّ سَعْدٍ.

[حسن بمجموع طرقه] - [رواه أبو داود والنسائي وابن ماجه] - [سنن أبي داود: 1681]
المزيــد ...

Səd bin Ubədədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Ey Allahın elçisi, Sədin anası vəfat etdi, hansı sədəqə daha fəzilətlidir? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Su sədəqəsi". Dedi: Bir quyu qazdı və "bu Sədin anası üçündür" dedi.

- - [Sünən Əbi Davud - 1681]

Şərh (izah)

Səd ibn Ubədənin(Allah ondan razı olsun) anası vəfat etdi və o, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) anasının adından sədəqə verməsi üçün ən yaxşı sədəqə növü haqqında soruşdu? O (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, ən xeyirli sədəqə sudur. Ona görə də bir quyu qazıb onu anasının adından sədəqə olaraq verdi.

Hədisin faydalarından

  1. Suyun sədəqənin ən yaxşı növü olduğunun bəyanı.
  2. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sədi su sədəqəsinə yönəltdi; çünki o həm dini, həm dünyəvi işlərdə, şiddətli isti, ehtiyac və su çatışmamazlığı səbəbindən daha faydalıdır.
  3. Sədəqələrin savablarının ölülərə çatmasına dəlil.
  4. Səd bin Ubədənin (Allah ondan razı olsun) anasına (Allah ondan razı olsun) olan yaxşılığı.
Tərcümə: İngiliscə İndoneziya Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Puştu Assam İsveç Holland dili Qücərat dili Qırğız Nepal Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq