عن أُبيِّ بن كعبٍ رضي الله عنه قال:
صلَّى بنا رسولُ الله صلى الله عليه وسلم يومًا الصُّبحَ فقال: «أشاهِد فُلان؟» قالوا: لا، قال: «أشاهِدٌ فُلان؟» قالوا: لا، قال: «إنَّ هاتيَنِ الصَّلاتين أثقَلُ الصَّلَواتِ على المُنافقين، ولو تعلمون ما فيهما لأتيتُمُوهما ولو حَبْوًا على الرُّكب، وإن الصفَّ الأوّلَ على مِثلِ صَفِّ الملائكة، ولو عَلِمتُم ما فضيلتُه لابتَدَرتُموهُ، وإنّ صلاةَ الرجل مع الرجل أزكى من صلاتِه وحدَه، وصلاتَه مع الرجلَين أزكى من صلاتِه مع الرجل، وما كَثُرَ فهو أحبُّ إلى الله تعالى».
[صحيح] - [رواه أبو داود والنسائي وأحمد] - [سنن أبي داود: 554]
المزيــد ...
Ubeyy bin Kəbdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün bizə sübh namazını qıldırdı və dedi: “Filankəs burdadır?". Dedilər: Xeyr. O, dedi: “Filankəs burdadır?”. Dedilər: Xeyr. O dedi: “Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz. Həqiqətən, birinci səff mələklərin səffi kimidir. Siz birinci səfdəki fəziləti bilsəydiniz, onun üçün tələsərdiniz. Həqiqətən, bir kişinin başqa bir kişi ilə namaz qılması, onun tək namaz qılmasından, iki kişi ilə birlikdə namaz qılması isə bir kişi ilə namazdan qılmasından daha üstündür. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, Uca Allaha o qədər sevimli olar”.
[Səhih] - [رواه أبو داود والنسائي وأحمد] - [Sünən Əbi Davud - 554]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün sübh namazını qıldı, sonra soruşdu: Bizim bu namazımızda filankəs varmı? Səhabələr dedilər: "Xeyr" Sonra başqa şəxs haqqında dedi: "Filənkəs varmı?" Dedilər: "Xeyr". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Sübh və işa namazları münafiqlər üçün ən çətin namazlardır. Çünki bu namazlarda tənbəllik üstün gəlir və qaranlıq olduğundan dolayı bu namazlarda riyaya nail olmaq imkanları azdır.
Ey möminlər! Əgər sübh və işa namazlarında nə qədər əlavə əcr və savab olduğunu bilsəydiniz — çünki savab əməlin çətinliyinə görə verilir — siz bu iki namaza sürünərək və ya əl-diz üstə hərəkət edərək olsa da belə, bu namazlara gələrdiniz.
İmama yaxın olmasında birinci səff, Uca Allaha yaxınlıqda mələklərin səffi kimidir. Əgər möminlər birinci səffin fəzilətinin nə olduğunu bilsəydilər, onun üçün bir-biriləri ilə yarışardılar. Bir kişinin başqa bir kişi ilə qıldığı namaz, tək qıldığı namazdan savab və təsir baxımından daha böyükdür və onun iki kişi ilə qıldığı namaz bir kişi ilə qıldığı namazdan daha fəzilətlidir. Çox namaz qılanların iştirakı ilə qılınan camaat namazı Allaha daha sevimlidir və daha fəzilətlidir.