+ -

عن أبي هريرة رضي الله عنه قال:
أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ أَعْمَى، فَقَالَ: يَا رَسُولَ اللهِ، إِنَّهُ لَيْسَ لِي قَائِدٌ يَقُودُنِي إِلَى الْمَسْجِدِ، فَسَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُرَخِّصَ لَهُ فَيُصَلِّيَ فِي بَيْتِهِ، فَرَخَّصَ لَهُ، فَلَمَّا وَلَّى دَعَاهُ، فَقَالَ: «هَلْ تَسْمَعُ النِّدَاءَ بِالصَّلَاةِ؟» فَقَالَ: نَعَمْ، قَالَ: «فَأَجِبْ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 653]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kor kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: "Ey Allahın Rəsulu, məni məscidə aparacaq bir kimsəm yoxdur."-deyərək, Allah Rəsulundan ona öz evində namaz qılmağı icazə verməsini istədi. İlkin olaraq ona icazə verdi, lakin adam çıxıb getmək istəyəndə onu çağırıb dedi: “Azanı eşidirsənmi? O: “Bəli!” - dedi. Bu zaman Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "O zaman cavab ver( camaat namazına gəl)"

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 653]

Şərh (izah)

Kor bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib, "Ey Allahın Rəsulu, beş vaxt namazda mənə kömək edərək əlimdən tutub məscidə aparan kimsəm yoxdur."-deyərək Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona camaat namazında iştirak etməmək üçün rüxsət istədi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da əvvəl ona icazə verdi, lakin sonra adam çıxıb getmək istədikdə onu çağırıb dedi: Namaz üçün azanı eşidirsənmi? "Bəli"-dedi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də: "-Azan verənə cavab ver."- deyə buyurdu.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Camaat namazının vacibliyi, çünki yüngülləşdirmə icazə istəmək yalnız vacib məsələlərə aiddir.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) "Azan verənə cavab ver" sözü camaat namazının vacibliyinə işarədir, çünki qayda budur ki, müəyyən bir şey əmr olunubsa, bu onun vacibliyinin göstəricisidir.
Əlavə