+ -

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلَاتِهِ، فَلَمْ يَدْرِ كَمْ صَلَّى ثَلَاثًا أَمْ أَرْبَعًا، فَلْيَطْرَحِ الشَّكَّ، وَلْيَبْنِ عَلَى مَا اسْتَيْقَنَ، ثُمَّ يَسْجُدُ سَجْدَتَيْنِ قَبْلَ أَنْ يُسَلِّمَ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعْنَ لَهُ صَلَاتَهُ، وَإِنْ كَانَ صَلَّى إِتْمَامًا لِأَرْبَعٍ كَانَتَا تَرْغِيمًا لِلشَّيْطَانِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 571]
المزيــد ...

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin, əgər beş rükət namaz qılıbsa, namazı (səhv səcdəsi ilə) cütə tamamlanar və əgər dörd rükət qılaraq tamamlamışdısa, bu iki səcdə şeytanı zəlil edər”.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 571]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, əgər namaz qılan şəxs namazında tərəddüd edərsə və neçə rükət namaz qıldığını bilməzsə, üç yoxsa dörd qılıb deyə çəkk edərsə, şübhəli olan artıq rükəti uzaq tutsun və ona əsaslanmasın; Üç rükət yəqin olandır və ona görə dördüncü (şübhəli olan) rükəti qılsın, sonra salam verməzdən əvvəl iki səcdə etsin.
Əgər qıldığı namaz həqiqətdə dörd rükət idisə; bir rükət əlavə edilməklə beş rükət oldu və iki səhv səcdəsi bir rükəti əvəzlədi və (beləliklə ümumi) say cüt oldu, tək olmadı. Əgər bu əlavə bir rükətlə dörd rükət qılmışsa, o zaman heç bir əlavə və nöqsan olmadan üzərinə vacib olanı artıq yerinə yetirmişdir.
İki səhv səcdəsi şeytanı zəlil etmək, ona qalib gəlmək və onu istəyindən uzaqlaşdıraraq qovmaqdır. Çünki o, namaz qılanı namazında çaşdırmış, onu pozmağa çalışmışdır. Adəm övladının namazı, Allahın səcdə etmək əmrinə tabe olmaqla kamilləşmişdir. Hansı ki, İblis Adəmə səcdə etməyərək Allaha itaət etməkdən imtina etdiyi zaman artıq Allaha asi olmuşdur.

Hədisin faydalarından

  1. Əgər namaz qılan şəxs öz namazında şəkk edərsə və iki haldan biri onun üçün daha çox ehtimal daşımarsa, şübhəni tərk edib yəqin olan ilə əməl etməlidir ki, bu da ən az olanıdır. Beləliklə o, namazını tamamlamalı, salamdan öncə səhv səcdəsi etməli, sonra isə salam verməlidir.
  2. Bu iki səcdə, namazı bərpa etmək üçün bir yol və şeytanı alçaldılmış və zəlil vəziyyətdə, istədiyindən uzaqlaşdıraraq rədd etməkdir.
  3. Hədisdəki şəkk, (iki hal arasında) heç bir üstünlük olmadan edilən tərəddüddür, lakin, nə zaman böyük güman yaranarsa və (yaxud hallardan biri) üstünlük təşkil edərsə, onunla əməl edilər.
  4. Şəriətin əmrinə tabe olaraq vəsvəsə ilə mübarizə aparmağa və onu dəf etməyə təşviq etmək.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq
Əlavə