1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis “Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”

عن علي رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«رُفِعَ الْقَلَمُ عن ثلاثة: عن النائم حتى يَسْتَيْقِظَ، وعن الصبي حتى يَحْتَلِمَ، وعن المجنون حتى يَعْقِلَ».

Əlidən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
“Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”.

Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi Sünən Əbi Davud - 4403

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu üç sinif istisna olmaqla, təklifin (şər'i vəzifələrin) Adəm övladı üçün vacib olduğunu bildirmişdir:
Böyüyüb həddi-büluğa çatana qədər kiçik uşaqdan.
Ağlı özünə qayıdana qədər ağlını itirmiş dəlidən.
Yuxudan oyanana qədər yatmış kəsdən.
Onlardan cavabdehlik götürülüb, onların günah etməkləri onların əleyhinə yazılmır, lakin dəli və yatmış kəsdən fərqli olaraq yaxşılıq kiçik uşaq üçün yazılar. Çünki onlar, şüurun yox olmasına görə ibadəti səhih olmayan kəslərin sırasındadırlar.

Hədisin faydalarından

  1. İnsanın şəri vəzifələrə əhliyyətini itirməsi ya onun vəzifəsini yerinə yetirmək üçün oyanmasına mane olan yuxu, ya yaşının az olması, ya ağlın vəzifələrinin pozulması olan dəlilik və ona bənzər olan sərxoşluq səbəbi ilədir. Kim doğru şəkildə fərqləndirmək və təsəvvür etmək qabiliyyətini itirərsə, bu üç səbəbdən dolayı onun şəri vəzifələrə olan əhliyyəti itər. Uca Allah Öz ədaləti, həlimliyi və səxavəti ilə onu, Uca Allahın haqqlarında etdiyi hər hansısa bir həddi aşmağına və ya səhlənkarlığına görə cəzadan azad etmişdir.
  2. Günahların onların əleyhinə yazılmaması bəzi dünyəvi hökmlərin tətbiq edilməsinə mane olmur. Məsələn: Əgər dəli kimisə öldürərsə, ona nə ölüm, nə də kəffarə yoxdur, lakin onun (əqiləsi; atası tərəfindən) qohumları (diyəni) qanbahasını verməlidir.
  3. Həddi-büluğa çatmanın üç əlaməti var: ihtiləm (yuxuda bir şey görmək) səbəbiylə və digər səbəblərlə sperma ifrazı və yaxud cinsi orqan ətrafında tüklərin çıxması və ya on beş yaşın tamamlanması. Qadın üçün dördüncü əlamət əlavə edilir: o da heyzdir.
  4. Əs-Subki demişdir: "Sabiy" və "ğuləm" eynidir. Başqa alimlər isə deyiblər: Ana bətnində olan uşaq "cənin", doğulduqda "sabiy", süddən kəsilib yeddi yaşına qədər "ğuləm", on yaşına qədər "yəfi", sonra on beş yaşına qədər "həzur" adlanır. Dəqiq olan odur ki, bütün bu hallarda ona "sabiy" deyilir, necə ki, bunu Əs-Suyuti demişdir".

Tərcümələrə baxmaq

51 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية