+ -

عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم أنه قال:
«مَنْ ‌خَرَجَ ‌مِنَ ‌الطَّاعَةِ، وَفَارَقَ الْجَمَاعَةَ فَمَاتَ، مَاتَ مِيتَةً جَاهِلِيَّةً، وَمَنْ قَاتَلَ تَحْتَ رَايَةٍ عِمِّيَّةٍ، يَغْضَبُ لِعَصَبَةٍ، أَوْ يَدْعُو إِلَى عَصَبَةٍ، أَوْ يَنْصُرُ عَصَبَةً، فَقُتِلَ، فَقِتْلَةٌ جَاهِلِيَّةٌ، وَمَنْ خَرَجَ عَلَى أُمَّتِي، يَضْرِبُ بَرَّهَا وَفَاجِرَهَا، وَلَا يَتَحَاشَى مِنْ مُؤْمِنِهَا، وَلَا يَفِي لِذِي عَهْدٍ عَهْدَهُ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1848]
المزيــد ...

Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
"Kim itaətdən çıxar, camaatdan ayrılar və bu hal üzərində ölərsə, cahiliyyə ölümü ilə ölmüş olur. Kim də kor-koranə cahiliyyə bayrağı altında döyüşər, irqçilik üçün qəzəblənər və ya irqçiliyə dəvət edər yaxud da irqçiliyə yardım edər və bu əsnada öldürülürsə bu ölüm də cahiliyyə ölümüdür. Kim ümmətimə qarşı çıxıb, yaxşı olanını da, pis olanını da (ayırd etmədən) vurar, mömin olanlarına hörmət etməz, əhd sahibinə verdiyi sözü də yerinə yetirməzsə o, məndən deyildir, mən də ondan deyiləm".

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1848]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əmr sahlərinə itaətsizlik edən, onlara beyət etməyi qəbul edən İslam camaatından ayrılan, bu ayrılıq və itaətsizlik halında ölən kimsənin cahiliyyə əhli kimi öldüyünü xəbər vermişdir. Çünki onlar əmirə itaət etməyən və bir camaata bağlı olmayan, əksinə, bir-birləri ilə döyüşən ayrı-ayrı fiqələrə bölünən bir toplumdur.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, kim, haqq ilə batili ayırd edilmədiyi bir bayraq altında döyüşərsə, dini və haqqı dəstəkləmək üçün deyil, əksinə, qövmünə və ya qəbiləsinə təəssübkeşlikdən dolayı qəzəblənərsə, bəsirət və elm olmadan döyüşər və bu hal üzərə öldürülürsə, o kimsə cahiliyyə adəti üzərində ölmüşdür.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmçinin, ümmətinə qarşı çıxmağın, saleh olanı, facir olandan ayırd etmədən hər birini vurmağın, etdiyi əmələ fikir verməməyin və mömin bir kimsəni öldürməsinin cəzasından qorxmamağın, özləri ilə əhd bağlayan əmr sahiblərinə və ya kafirlərə verdiyi əhdi tutmamağın böyük günahlardan olduğunu xəbər vermişdir. Kim bunları edərsə, hədisdə keçən şiddətli təhdidə məruz qalar.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Uca Allaha asi olan işlər istisna olmaqla, əmr sahiblərinə itaət etməyin vacib olması.
  2. Bu hədis, əmr sahiblərinə qarşı çıxmaqdan, həmçinin, müsəlman camaatından ayrılmaqdan şiddətli bir şəkildə çəkindirmiş və xəbər vermişdir ki, kim də bu hal üzərində ölərsə, o kimsənin, cahiliyyə dönəmində yaşayan insanların öldüyü yol üzərində ölmüş kimidir.
  3. Hadisdə irqçilik edərək döyüşmək qadağan edilmişdir.
  4. Əhdlərə vəfalı olmağın vacibliyi.
  5. Əmr sahiblərinə itaət etməkdə, camaatla birlikdə olmaqda: çoxlu xeyir, əmin-amanlıq, arxayınlıq və xoş güzəran içində yaşamaq vardır.
  6. Cahiliyyə dönəmindəki insanların durumlarına bənzər yaşamaq qadağan edilmişdir.
  7. Müsəlman camaatına bağlı olmaq əmr edilmişdir.