+ -

عَنْ أُمِّ سَلَمَةَ أُمِّ المُؤمنين رضي الله عنها: أَنَّ رَسُولَ اللهِ صلى الله عليه وسلم قَالَ:
«سَتَكُونُ أُمَرَاءُ فَتَعْرِفُونَ وَتُنْكِرُونَ، فَمَنْ عَرَفَ بَرِئَ، وَمَنْ أَنْكَرَ سَلِمَ، وَلَكِنْ مَنْ رَضِيَ وَتَابَعَ» قَالُوا: أَفَلَا نُقَاتِلُهُمْ؟ قَالَ: «لَا، مَا صَلَّوْا».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1854]
المزيــد ...

Möminlərin anası Ummu Sələmədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
Elə rəhbərlər hakimiyyətə gələcəklər, siz onların əməllərini görəcək və inkar edəcəksiniz. Beləliklə, kim qəlblə etiraz edəcəksə qurtulacaq, kim inkar edəcəksə xilas olacaq, amma həmin əməllərdən razı qalıb ardınca gedənlər günah qazanacaqlar” Bu an soruşdular: Onlara qarşı vuruşmayaqmı? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Namaz qıldıqları müddətdə xeyr”.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1854]

Şərh (izah)

O (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bizə rəhbərlər təyin olunacaq və biz onların bəzi əməllərindən -şəriətlə uyğun olanlardan-xəbərdar olacağıq. Bəzi əməllərini isə şəriətə müxalif olduğu üçün inkar edəcəyik. Kim münkəri inkar etməyə qadir deyilsə, lakin qəlbində ona nifrət edərsə, günah və nifaqdan qurtular. Kim onu ​​əli və ya dili ilə inkar etməyə qadir olsa və onları inkar edərsə, günahdan və ona ortaq olmaqdan salamat olar. Kim belələrinin əməllərindən razı qalıb onlara tabe olarsa, onların həlak olduqları kimi həlak olar.
Sonra Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: Bu xüsusiyyətlərə malik olan rəhbərlərə qarşı vuruşmayaqmı? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə onlara bunu qadağan etdi və dedi: "Xeyr, namaz qıldıqları müddətdə etməyin".

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin sübutlarından biri də baş verəcək qeybi hadisələr barədə xəbər verməsi və onun dediyi kimi baş verməsidir.
  2. Münkərlə razılaşmaq və onun tətbiqinə dəstək olmaq yolverilməzdir, əksinə onu inkar etmək vacibdir.
  3. Rəhbərlər şəriətə zidd əməl etsələr, o zaman həmin əməllərdə onlara itaət etmək olmaz.
  4. Yaranacaq fəsad, qan tökülməsi və əmin-amanlığın pozulmasına görə müsəlman rəhbərlərinə qarşı çıxmaq qadağandır. Günahkar rəhbərlərin münkər əməllərinə dözümlülük nümayiş etdirib, onların əziyyətlərinə səbr etmək bundan daha yüngül və təhlükəsizdir.
  5. Namazın əhəmiyyəti böyükdür, o küfrlə İslamı fərqləndirən atributdur.