عَنْ عَائِشَةَ أُمِّ المُؤمنينَ رضي الله عنها قَالَتْ:
كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ كِلاَنَا جُنُبٌ، وَكَانَ يَأْمُرُنِي، فَأَتَّزِرُ، فَيُبَاشِرُنِي وَأَنَا حَائِضٌ، وَكَانَ يُخْرِجُ رَأْسَهُ إِلَيَّ وَهُوَ مُعْتَكِفٌ فَأَغْسِلُهُ وَأَنَا حَائِضٌ.
المزيد
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi. O, (məsciddə) etikafda olarkən başını mənə tərəf çıxarardı (Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) evi məscidə bitişik idi) və mən də heyzli olduğum halda onun başını yuyardım.