عَنْ عَائِشَةَ أُمِّ المؤمنين رضي الله عنها:
أَنَّ أُمَّ سَلَمَةَ ذَكَرَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَنِيسَةً رَأَتْهَا بِأَرْضِ الْحَبَشَةِ، يُقَالُ لَهَا مَارِيَةُ، فَذَكَرَتْ لَهُ مَا رَأَتْ فِيهَا مِنَ الصُّوَرِ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أُولَئِكَ قَوْمٌ إِذَا مَاتَ فِيهِمُ الْعَبْدُ الصَّالِحُ، أَوِ الرَّجُلُ الصَّالِحُ، بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللهِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 434]
المزيــد ...
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir."
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 434]
Möminlərin anası Ummu Sələmə (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistan torpaqlarında Mariyə adlanan və içərisində təsvirlər, bəzəklər olan kilsə gördüyünü söylədi və təəccübünü bildirdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da bu təsvirlərin kilsədə yerləşdirmə səbəblərini izah etdi və buyurdu ki: Sənin qeyd etdiyin həmin toplumda, əgər bir nəfər saleh insan dünyasını dəyişərsə onun qəbri üzərində məscid tikərlər, orada namaz qılarlar və həmin rəsmləri çəkərlər. Sonra da izah etdi ki, bunu edən uca Allahın qatında məxluqatın ən pisidir, çünki bu əməl uca Allaha şərik qoşmağa gətirib çıxarır.