عَنْ عَبْدُ اللَّهِ بْنُ سَلَامٍ رضي الله عنه قَالَ: لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ انْجَفَلَ النَّاسُ قِبَلَهُ، وَقِيلَ: قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَدِمَ رَسُولُ اللَّهِ، قَدِمَ رَسُولُ اللَّهِ، ثَلَاثًا، فَجِئْتُ فِي النَّاسِ لِأَنْظُرَ، فَلَمَّا تَبَيَّنْتُ وَجْهَهُ، عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهِ كَذَّابٍ، فَكَانَ أَوَّلُ شَيْءٍ سَمِعْتُهُ تَكَلَّمَ بِهِ أَنْ قَالَ:
«يَا أَيُّهَا النَّاسُ، أَفْشُوا السَّلَامَ، وَأَطْعِمُوا الطَّعَامَ، وَصِلُوا الْأَرْحَامَ، وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ، تَدْخُلُوا الْجَنَّةَ بِسَلَامٍ».
[صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن ابن ماجه: 3251]
المزيــد ...
Abdullah bin Sələmdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilmişdir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldikdə, insanlar ona tərəf qaçdılar və: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldi" deyə üç dəfə səsləndilər, mən də camaatın arasında baxmağa gəldim və onun üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil və ondan eşitdiyim ilk şey belə söyləməsi oldu:
“Ey insanlar, salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və gecələr insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.
[Səhih] - [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi] - [Sünən İbn Məcəh - 3251]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gələndə insanlar onu gördükdə sürətlə ona tərəf getdilər və ona tərəf gedənlərin arasında Abdullah bin Sələm (Allah ondan razı olsun) də var idi. O, yəhudilərdən idi, onu görəndə bildi ki, onun üzü, nuruna, gözəlliyinə və dürüstlük saçan heybətinə görə yalançı insanın üzü deyil. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyi ilk şey, insanları, Cənnətə girməyə səbəb olacaq əməllərə təşviq etməsi oldu. Onlar:
Birincisi: Salamı yaymaq, onu izhar etmək və tanıdığın və tanımadığın kəslərə salam verməyi çoxaltmaq.
İkincisi: Sədəqə, hədiyyə və qonaqpərvərliklə insanları yedizdirmək.
Üçüncüsü: Ata və ya ana tərəfdən ailə və ya qohumluq bağının səni birləşdirdiyi kəslərlə qohumluq əlaqələrini saxlamaq.
Dördüncüsü: Gecə vaxtı insanlar yatarkən nafilə namazı qılmaq.