عن معاوية رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول:
«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللهُ يُعْطِي، وَلَنْ تَزَالَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللهِ، لَا يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ».

Muaviyə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:
"Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 71

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah kimə xeyir istəsə, onu pak olan Allahın dinində anlayış istedadına yiyələndirər. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın verdiyi ruzini, elmi və digər şeyləri bərabər bölüb paylayandır. Həqiqi mənada yetirən Allahdır, başqaları isə yalnız Allahın izni ilə fayda verə biləcək səbəblərdəndir. Bu ümmət Qiyamətə qədər Allahın əhkamları üzərində olacaq, əleyhdarları isə onlara zərər verə bilməyəcəklər.

Hədisin faydalarından

  1. Şəriət elminin və onu öyrənməyin əzəməti və fəziləti, və bu elmə təşviqin önəmi.
  2. Bu ümmət üçün haqqı uca tutmaq mütləqdir, əgər bir qrup insan buna əməli etməzsə, digərləri onları əvəz edər.
  3. Dini düzgün anlamaq neməti, uca Allahın quluna xeyir istəməsindən irəli gəlir.
  4. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız Allahın əmri və istəyi ilə bəxş edir və o heç bir şeyin sahibi deyildir.

Tərcümələrə baxmaq

64 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
YAO Yao الياو
KMR Kurmancî الكرمنجية