عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الكِتَابِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 756]
المزيــد ...

Ubədə bin Samit (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
"Fatihə surəsini oxumayanın namazı yoxdur (səhih deyildir)".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 756]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Fatihə surəsini oxumadan namazın səhih olmadığını bildirmişdir. Çünki o hər rükətdə namazın rukunlarından biridir .

Hədisin faydalarından

  1. Oxumağa qadir olduğu halda Fatihə oxumağı başqa heç bir şey əvəz etməz.
  2. Qəsdən, bilmədən və ya unudaraq fatihə surəsi oxunmayan rükət batildir. Çünki o, bir rukndur və namazın ruknları heç vaxt düşməz.
  3. Əgər imamın arxasında qılan, imama rukuda olan zaman yetişərsə, (həmin rükətdə) fatihə surəsini oxumaq onun üzərindən düşər.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (54)