3. “Bu qəbirdəkilər əzab çəkirlər, əzabları isə böyük günahlarına görə deyil. Qəbirdəkilərdən birinə sidikdən qorunmadığına görə, digərinə isə insanlar arasında söz gəzdirdiyinə görə əzab verilir - 4 ملاحظة
6. bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl
7. Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin
8. İnsan evinə daxil olduğu zaman və yeməyə başlayarkən Allahı zikr edərsə, şeytan köməkçilərinə deyər: Sizə bu evdə gecələmək üçün yer və şam yeməyindən pay yoxdur - 2 ملاحظة
9. Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun! - 2 ملاحظة
11. Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər
12. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi
13. Allahım qəbr əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və məsih dəccəlin fitnəsindən Sənə sığınıram - 2 ملاحظة
14. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər dəfə ayaqyoluna girdikdə belə deyərdi: “Allahummə inni əuzu bikə minəl-xubusi val-xəbəis”
15. Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. Soruşdular: "Ey Allahın Rəsulu, bizə nə əmr edirsən?". O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin
16. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cənabətdən qüsl aldıqda əllərini yuyardı, ardınca namaz üçün aldığı kimi dəstəmaz alardı, sonra bütün bədəninə su tökərdi
17. Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi - 8 ملاحظة
18. Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın
19. Deməyin ki, Allah və filankəs istədiyi oldu, əksinə deyin ki: “Allah istədi sonra isə filankəs istədi oldu”
20. Siz iman gətirməyincə cənnətə daxil olmazssızvə bir-birinizi sevməyincə də iman gətirmiş sayılmazsınız. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevərsiz? Aranızda salamı yayın - 2 ملاحظة
21. Hansı əməl Allaha daha sevimlidir?". Buyurdu: "Vaxtında qılınan namaz". Dedi: "Sonra hansı?". Buyurdu: "Valideynə yaxşılıq". Dedi: "Sonra hansı?". Buyurdu: "Allah yolunda cihad - 2 ملاحظة
22. Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan
23. Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz
24. (Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır
25. (Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin
26. “Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”
28. Özbaşına yoluxma yoxdur, uğursuzluq yoxdur və mən fə'li sevirəm". Deyildi : "Fə'l nədir?". Dedi: "Yaxşı söz
29. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”
30. və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı
31. Əllərinlə belə etməyin sənə kifayət idi". Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi
32. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və mən, hər ikimiz də cünub olduqda bir qabdan yuyunardıq. Mən heyz olduqda isə, mənə (göbəkdən dizlərə qədər) örtünməyi əmr edər və mənimlə (cinsi əlaqə olmadan) yaxınlıq edərdi
33. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim
34. Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun
35. Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.” - 2 ملاحظة
37. bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”
38. İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhəmmədin də Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaqla əmr olundum
40. Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur
41. Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək
42. Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı? - 2 ملاحظة
43. Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə qarşı şəfqətli olmaqda bir bədən kimidirlər. Bədənin bir üzvü şikayət etsə (xəstə olsa), digər bədən üzvləri də bu səbəbdən yuxusuzluğa və qızdırmaya tutular - 8 ملاحظة
44. “Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın” - 2 ملاحظة
45. Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir - 2 ملاحظة
46. Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? - 2 ملاحظة
48. Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır
49. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru)
51. “Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, - 2 ملاحظة
52. Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”
55. Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”
56. Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır
58. "De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim! - 6 ملاحظة
59. Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir
60. Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir - 8 ملاحظة
61. Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir
62. Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar
63. Adəm oğlu məni yalanladı və onun belə bir haqqı yox idi və məni söydü, lakin onun buna haqqı yox idi
64. Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz - 2 ملاحظة
66. Bir kişi dəstəmaz aldı və ayağında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu gördü və dedi: “Geri qayıt və dəstəmazı gözəl şəkildə al!”. O kişi qayıdıb yenidən dəstəmaz aldı, sonra namaz qıldı
67. Cəhənnəm əhlindən mənim (hazırda) görmədiyim iki sinif insan var: İnək quyruğuna bənzər qamçıları olan və onunla insanları vuran kəslər və kişiləri başdan çıxaran və özləri də azmış, geyinmiş çılpaq qadınlar
70. Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik
72. Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir - 4 ملاحظة
73. Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
75. Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar - 2 ملاحظة
76. “Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”
77. “Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq
78. Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin
79. “Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir” - 6 ملاحظة