+ -

عن معاوية رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول:
«مَنْ يُرِدِ اللهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللهُ يُعْطِي، وَلَنْ تَزَالَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللهِ، لَا يَضُرُّهُمْ مَنْ خَالَفَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 71]
المزيــد ...

Muaviyə (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət edir:
"Allah kimə xeyir dilərsə, onu dində anlayış sahibi edər, mən sadəcə nemətləri bölüb paylayanam, (nemətləri) yetirən isə Allahdır. Bu ümmət Allahın əmri gəlincəyə (Qiyamətə qədər) qədər Onun əhkamları üzərində olacaq, onlara müxalif olanlar onlara zərər vura bilməyəcəklər.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 71]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah kimə xeyir istəsə, onu pak olan Allahın dinində anlayış istedadına yiyələndirər. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın verdiyi ruzini, elmi və digər şeyləri bərabər bölüb paylayandır. Həqiqi mənada yetirən Allahdır, başqaları isə yalnız Allahın izni ilə fayda verə biləcək səbəblərdəndir. Bu ümmət Qiyamətə qədər Allahın əhkamları üzərində olacaq, əleyhdarları isə onlara zərər verə bilməyəcəklər.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Şəriət elminin və onu öyrənməyin əzəməti və fəziləti, və bu elmə təşviqin önəmi.
  2. Bu ümmət üçün haqqı uca tutmaq mütləqdir, əgər bir qrup insan buna əməli etməzsə, digərləri onları əvəz edər.
  3. Dini düzgün anlamaq neməti, uca Allahın quluna xeyir istəməsindən irəli gəlir.
  4. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yalnız Allahın əmri və istəyi ilə bəxş edir və o heç bir şeyin sahibi deyildir.