عن أبي هريرة رضي الله عنه:
أَنَّ رَجُلًا قَالَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَوْصِنِي، قَالَ: «لَا تَغْضَبْ» فَرَدَّدَ مِرَارًا قَالَ: «لَا تَغْضَبْ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6116]
المزيــد ...
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə"-dedi.
[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 6116]
Sahabələrdən biri (Allah onlardan razı olsun) Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) ona fayda verəcək əmələ yönəltməsini istədi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə ona qəzəblənməməyi əmr etdi. Bunun mənası odur ki, qəzəbə aparacaq səbəblərdən uzaq olsun və qəzəbləndikdə özünü cilovlasın, qəzəblə əl-qol atıb qətl törətməsin, heç kimi vurmasın və ya söyməsin və digər bu kimi əməllərdən daima uzaq dursun.
Kişi nəsihət tələbinə davam etdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə "Qəzəblənmə" nəsihətinə başqa bir şey əlavə etmədi.