+ -

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«كان رجلٌ يُدَايِنُ الناسَ، فكان يقول لفتاه: إذا أتيتَ مُعسِرًا فتجاوز عنه، لعل اللهَ يَتجاوزُ عنا، فلقي اللهَ فتجاوز عنه».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1562]
المزيــد ...

Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur:
"İnsanlara tez-tez borc verən bir adam var idi.O,xidmətçisinə(borcları toplayan) belə deyərdi: Borcunu qaytara bilməkdə çətinlik çəkən birinə getsən, onun borcundan keç. Bəlkə Allah da bizim günahlarımızdan keçər. Nəhayət o kişi Allaha qovuşdu və Allah da onun günahlarından keçdi".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 1562]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə insanlara borc verən və ya uzun müddətli ödəmə ilə satış edən bir adam barədə xəbər vermişdir. O, insanlardan borclarını toplayan xidmətçisinə belə deyərdi: İmkanı olmadığına görə bizə olan borcunu qaytara bilməyən kimsənin yanına borcu tələb etməyə getdiyində, alacağını almaqda israrlı olmayıb ona möhlət verməklə borcundan keç. Yaxud naqis olsa da verdiyini qəbul edib borcundan keç. O, bütün bunları Uca Allahın onun günahlarından keçərək əfv edib bağışlamasını ümid edərək etmişdir. Bu adam vəfat etdiyində, Uca Allah da onu əfv edib günahlarını bağışladı.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İnsanlarla gözəl bir şəkildə davranmaq, onları əfv etmək və maddi sıxıntıları olduğunda onlara möhlət vermək Qiyamət günündə insanın ən böyük qurtuluş səbəblərindən biridir.
  2. Canlılara qarşı mülayim davranmaq, Allaha qarşı ixlaslı olmaq və Onun rəhmətinə ümid bəsləmək günahların bağışlanma səbəblərindəndir.