عن أبي هريرة رضي الله عنه قال:
سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ الْجَنَّةَ، فَقَالَ: «تَقْوَى اللهِ وَحُسْنُ الْخُلُقِ»، وَسُئِلَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ النَّارَ فَقَالَ: «الْفَمُ وَالْفَرْجُ».
[حسن صحيح] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 2004]
المزيــد ...
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq." Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
[Həsən səhih] - [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 2004]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, insanı cənnətə salan səbəblərin ən başlıcası iki səbəbdir:
Allah qorxusu və gözəl əxlaq.
Allah qorxusu: Bu, özünlə Allahın əzabı arasında sədd qoymaqdır, bu isə Onun əmirlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə baş verir.
Gözəl əxlaq: Gülər üzlü olmaq, xeyir etməyə can atmaq və əziyyət verməkdən çəkinməklə olur.
İnsanı cəhənnəmə salan səbəblərin ən başlıcası iki səbəbdir:
Dil və cinsiyyət orqanı.
Dilin işlətdiyi günahlar: Yalan, qeybət, sözgəzdirmə və başqalarıdır.
Cinsiyyət orqanının işlətdiyi günahlar: Zina, homoseksuallıq və başqalarıdır.