1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir

عَنْ أَبِي يَعْلَى شَدَّادِ بْنِ أَوْسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّ اللهَ كَتَبَ الْإِحْسَانَ عَلَى كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا القِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الذِّبْحَةَ، وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ، وَلْيُرِحْ ذَبِيحَتَهُ».

Əbu Yə'lə Şəddəd bin Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
"Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın".

Səhih Muslim rəvayət etdi الأربعون النووية - 17

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uca Allahın bütün işlərdə ihsanı bizə vacib buyurduğunu xəbər verir. İhsan- insanın ibadətdə, xeyir əməl etməkdə, məxluqata əziyyət verməməkdə daima Allahın nəzarəti altında olduğunu bilməsidir. Qətldə və heyvanın kəsilməsində də ihsan məhz bu qəbildəndir.
Qisas hökmünün həyata keçirilməsində ihsan: məhkum üçün ən asan, ən yüngül və ən sürətli qətl vasitəsini seçməkdir.
Heyvanı kəsərkən ihsan: kəsici aləti heyvandan aralı məsafədə itiləmək, həmçinin onu digər heyvanların gözü önündə kəsməməklə şəfqət göstərməkdir.

Hədisin faydalarından

  1. İzzət və Cəlal sahibi Allahın qullarına lütfü və rəhməti.
  2. Qətl və heyvan kəsimində ihsan, şəriətə uyğun olmasıdır.
  3. Şəriətin kamiliyyi və bütün xeyirləri əhatə etməsi. Heyvana rəhmət və şəfqət də buna misaldır.
  4. Bir insanın öldürüldükdən sonra orqanlarını kəsməyin (eybəcərləşdirməyin) qadağan edilməsi.
  5. Heyvana əziyyət verən hər bir şeyin haramlığı.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو