Kateqoriya:
+ -

عَنْ أَبِي العَبَّاسِ، عَبْدِ الله بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: كُنْت خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا، فَقَالَ:
«يَا غُلَامِ! إنِّي أُعَلِّمُك كَلِمَاتٍ: احْفَظِ اللَّهَ يَحْفَظْكَ، احْفَظِ الله تَجِدْهُ تُجَاهَكَ، إذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاَللهِ، وَاعْلَمْ أَنَّ الأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ، وَإِنِ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ بِشَيْءٍ لَمْ يَضُرُّوكَ إلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ؛ رُفِعَتِ الأَقْلَامُ، وَجَفَّتِ الصُّحُفُ». وَفِي رِوَايَةِ غَيْرِ التِّرْمِذِيِّ: «احْفَظِ اللهَ تَجِدْهُ أَمَامَكَ، تَعَرَّفْ إلَى اللهِ فِي الرَّخَاءِ يَعْرِفْكَ فِي الشِّدَّةِ، وَاعْلَمْ أَنَّ مَا أَخْطَأَكَ لَمْ يَكُنْ لِيُصِيبَكَ، وَمَا أَصَابَك لَمْ يَكُنْ لِيُخْطِئَكَ، وَاعْلَمْ أَنَّ النَّصْرَ مَعَ الصَّبْرِ، وَأَنْ الفَرَجَ مَعَ الكَرْبِ، وَأَنَّ مَعَ العُسْرِ يُسْرًا».

[صحيح] - [رواه الترمذي وغيره] - [الأربعون النووية: 19]
المزيــد ...

Əbul-Abbas Abdullah bin Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: Bir gün mən minik üzərində Rəsulullahın (sallallahu aleyhi və səlləm) arxa tərəfində idim, o, belə buyurdu:
“Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir xeyir verə bilməzlər. Əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr qurumuşdur”.

-

Şərh (izah)

İbn Abbas (Allah ondan və atasından razı olsun) xəbər verir ki, o azyaşlı olarkən Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ilə birlikdə minik üzərində idi. Allah Rəsulu (sallallahu aleyhi va səlləm) ona belə buyurdu: Sənə bəzi işlər və sözlər öyrədəcəyəm ki, Allah onların vasitəsilə sənə fayda verəcəkdir: Uca Allahı, əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə qoru. Elə et ki, Allah səni daima itaət və ibadət olan əməllərdə görsün, günah və haramlar içində görməsin. Əgər sən belə etsən, Allah da bunun qarşılığında səni bu dünyanın bəlalarından, axirətin əzablarından qoruyar və hansı işə yönəlsən, orada sənə yardım edər. Əgər bir şey istəsən, yalnız Allahdan istə. Çünki istəyənlərin dualarına yalnız O, cavab verir. Əgər kömək istəsən, yalnız Allahdan kömək istə. Əmin ol ki, əgər yer üzündə olan bütün insanlar sənə fayda vermək üçün bir yerə toplaşsalar belə, onlar Allahın sənə yazdığından başqa fayda verə bilməzlər. Eyni şəkildə, əgər yer üzündə olan bütün insanlar sənə zərər vermək üçün bir yerə toplaşsalar belə, yenə də onlar Allahın sənə təqdir etdiyindən başqa zərər verə bilməzlər. Bil ki, bütün bunlar, Uca Allahın hikməti və elmi əsasında əvvəlcədən yazılıb və təqdir olunmuşdur. Allahın yazdığına heç bir dəyişiklik ola bilməz. Kim Allahın əmrlərini qoruyub, qadağalarından çəkinərsə, Uca Allah o qulun qarşısında olar, onun halını bilər, ona yardım edər və dəstək verər. Əgər insan rahatlıq vaxtında Allaha itaət edərsə, Allah da onun üçün çətinlik zamanı rahatlıq və çıxış yolu bəxş edər. Hər bir qul, Uca Allahın onun haqqında yazdığı və təqdir etdiyi xeyir və şərrə razı qalmalıdır. İnsan, müsibət və çətinliklər qarşısında səbrli olmalıdır. Çünki səbr qurtuluşun açarıdır. Əgər çətinlik şiddətlənərsə, bu zaman Allahdan bir çıxış yolu gələr. Əgər bir çətinlik meydana gələrsə, Allah onun ardınca mütləq bir asanlıq verər.

Hədisin faydalarından

  1. Ən böyük sevindirici xəbər budur ki, insan çətinliyə düşərsə, ardından gələcək rahatlığı gözləməlidir.
  2. Qula müsibət baş verdikdə və sevdiyi bir şeyi itirdikdə təsəlli verici söz, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bu kəlamındadır: "Bil ki, sənin başına gələn şey - heç vaxt səndən yan keçə bilməzdi. Və səndən yan keçən bir şey isə, heç vaxt sənin başına gələ bilməzdi". Birinci cümlə xoşagəlməz bir hadisə baş verdikdə təsəllidir.
  3. İkinci cümlə isə sevilən bir şey əldən çıxdıqda təsəllidir.
Tərcümə: İngiliscə Urduca İndoneziya Banqalca Türkcə Rusca Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Puştu Assam Alban Amhar Qücərat dili Qırğız Nepal Dari Serbiya Tacik Kinyarvanda Macar Çex الموري الولوف Özbək Ukrain الجورجية المقدونية الخميرية
Tərcümələrə baxmaq
Kateqoriyalar
Əlavə